Genel Bakış
Baş qəhrəman Rik Okonnel Fransa ordusunun xarici legionunda xidmət edən kapitandır. Legion gizli xəzinələrdən ibarət “ölülər şəhəri” –
Hamunaptranı tutmağa çalışır. Hədəfə çatdıqdan sonra bədəvilərin
ildırımsürətli hücumuna məruz qalırlar. Toqquşma başlayar-başlamaz
komandiri döyüş meydanını tərk edir. Əsgərlər birbaşa onun komandanlığı
altına keçsə də, müdafiə xətti tezliklə pərən-pərən olur, hərbçilərin
əksəriyyəti qırılır. Süvari ərəblər onu əhatəyə aldığı əsnada, onların
ətrafında qumlar müəmmalı şəkildə havaya qalxır və yerdə əzab çəkən
insan siması həkk olunur. Fironların lənətindən qorxan ərəblər dərhal
ərazini tərk edərək, onun canına qıymırlar. Hadisənin üzərindən xeyli
müddət keçir. Digər qəhrəman Evelin Karnahan isə kitabxanaçıdır. Qədim
Misir tarixi ilə maraqlanır və “Ölülər şəhərinin” mövcudluğuna inanır.
Hamunaptraya aparan yolun xəritəsi əlinə keçsədə, müdiri bilərəkdən onu
yandırır. İndi Evelin “ölülər şəhərini” tapmaq üçün xəritəni uzun müddət
üzərində gəzdirmiş, hazırda isə məhbus həyatı yaşayan kapitan Riki
edamdan qurtarmalıdır…
Yorumlar (0)